image-5555backend

Erməni deputat SENSASION FAKTLAR YAYIMLADI:  Qarabağ bizə lazımdırmı?

” İndi İrəvan küçələrində hakimiyyəti satqınlıqda ittiham edən müxalifət  ikiüzlülüdür, çünki onların müdafiə etdiyi Robert Köçəryan illər öncə Qarabağdan imtina edib”- Alp.az xəbər verir ki, bunu erməni deputat Vaaqn Aleksandryan açıqlayıb.
Erməni deputat indiki müxalifətin 1998-ci ildə Minski qrupunun həmsədrləri ilə görüşdə gizli qəbul etdikləri sənədləri yayıb.

“Məsələn, icazə verin sizi 1998-ci ilin noyabrında həmsədrlərin görüşü zamanı təqdim edilən və indiki müxalifətin, o zamnkı iqtidarın qəbul etdiyi 5 müddəanı təqdim edim. Həmin  müddəalar eyni ilə bu gün təqdim etmək istədiyimiz müddəalarla eynidir.

“Ümumi dövlət” adlı nizamlanma təklifinin iki müddəası.

«5.Qarabağdakı erməni vətəndaşlarının şəxsiyyət vəsiqəsi kimi xüsusi “Dağlıq Qarabağ” qeydi olan Azərbaycan pasportu olacaq.Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlar daimi yaşayış yeri yaratmaq üçün oraya köçdükləri halda, həmin ölkənin qanunlarına uyğun olaraq Ermənistan vətəndaşlığını almaq üçün Ermənistana mühacirət edə bilərlər.

6.  Qarabağ ermənilərinin Azərbaycan parlamentinə öz nümayəndələrini seçmək, Azərbaycanda prezident seçkilərində iştirak etmək hüququ var”.

Xatırladım ki, bu, 1998-ci ilin noyabrında həmsədrlərin təklifidir, o vaxt Robert Köçəryanın özü Ermənistan prezidenti olub və Ermənistan sənədi bu müddəalarla danışıqlar üçün əsas kimi qəbul edib, onun müəyyən qeyd-şərtlərinin olduğunu qeyd edib. İndi bizi satqınlıqda ittiham edən Robert Köçəryanın özü satqın deyilmi? Amma reallıq budur iqtisadiyyatın dirçəldilməsi üçün Ermənistan Azərbaycanla sülh danışıqlarına getməli və ölkəni dirçəltməlidir. 30 ildir Qarabağ bütün bir ölkəni iflic edib. İndi sualım sizədir, sizə dağılmış və parçalanmış, səfil günündə yaşayan erməni xalqı, yoxsa Qarabağ lazımdır?”- deyə Vaaqn Aleksandryan abildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki