Ermənistan xarici ölkələr üçün subyektdir- POLİTOLOG

78


“Ermənistan gərək özündən küssün ki, ixtiyaratlarını digər ölkələrə verib və suveren hüquqlarından da istifadə edə bilmirlər. Ermənistan xarici ölkələr tərəfindən idarə olunan bir subyektdir”-bu sözləri Elchi.az-a açıqlamasında politolog Tofik Abbasov deyib.

O həmçinin qeyd edib:

“Torpaqlarımızı azad etdikdən sonra, Etminstandan heç bir şey istəmirik. Ermənistan isə qeyri sağlam düşüncə ilə öz əməllərini davam edir, digər dövlətlər də ondan bir alət kimi istifadə edirlər”.

Politolog Azərbaycanın İranla da hansısa bir ədavətin olmadığını vurğulayıb.

” İran özü anlaşılmayan təzyiqlər, bəhanələr gətirməklə təsir göstərmək istəyir. Əslində İran bizimlə münasibətlərini korlamaqla öz itkilərin sayının artırmış olacaq. Ölkələr arasında ilk növbədə qonşuluq siyasəti güclü olmalıdırlar. Azərbaycanın əsas uğurlarından biri də odur ki, biz qonşuluq siyasətində güclüyük. Önclər Ermənistan bu zəncirvari prosesdən kənara düşmüş idisə , indi İran öz xoşu ilə bu xətti tərk eləyir”.

Havar Şəfiyeva