Yəhudilər dövlət katibini topa tutur
![img1658145](http://www.elchi.az/wp-content/uploads/2014/10/img1658145-300x224.jpg)
ABŞ dövlət katibi Con Kerri İsrail siyasətçilərinin kəskin tənqidinə məruz qalıb. Bunu nəzərə alan ABŞ Dövlət Departamenti öz rəhbərinin müdafiəsinə qalxıb.
“Mən çox ərəb öldürmüşəm, bunda problem görmürəm” kimi bəyanatları ilə tanınan İsrailin iqtisadiyyat naziri Haftali Bennet kəskin şəkildə Con Kerrini qınadığını bildirib. Yəhudi nazir ABŞ dövlət katibinin İŞİD-lə mübarizəyə Ərəb-İsrail konfliktinin ciddi təsirindən danışıb. Bu isə yəhudi millətçisinin xoşuna gəlməyib.
Dövlət Departamentinin əməkdaşlarından biri son dərəcə yumşaq formada bəyan edib ki, yəhudi nazir cənab Kerrinin bəyanatını böyük ehtimalla yanlış başa düşüb. Dövlət katibi qətiyyən o fikirdə deyil ki, Fələstin məsələsindən qaynaqlanan Ərəb-İsrail münaqişəsi ilə İŞİD arasında hansısa bağlılıq var. Və bu bağlılıq İŞİD-ə qarşı alyansın sıralarının sıxlaşmasına mane olur. Con Kerri sadəcə Yaxın Şərq ölkələrinin liderlərinin ümumi qənaətini dilə gətirib.
Dövlət katibinin sözlərinə görə Yaxın Şərq ölkələrinin rəhbərləri ilə danışıqlar zamanı ona deyilib ki, İŞİD asanlıqla müsəlmanları öz tərəfinə çəkə bilir. Çünki regionda Ərəb-İsrail qarşıdurması bəlli bir əhvali-ruhiyyə yaradıb. Bu isə onu deməyə əsas verir ki, konflikt təcili şəkildə öz həllini tapmalıdır və bunun üçün İsrailin güzəştlərə getməsi vacibdir.