image-1613907680_jale-ehmedova-tezesi-1200x630backend

Deputat Jalə Əhmədova: “Sonuncu Brüssel görüşü bizi sülh müqaviləsinə bir addım da yaxınlaşdırdı” 

Azərbaycan  Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş ölkəmizin maraqlarının və regionda sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həmdə konkret məsələlər üzrə  razılığa gəlindiyini göstərdi.
Görüşün keçirilməsindən bir gün sonra mayın 23-də Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Analoji addım Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindəndə atıldı.O da Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzaladı.Artıq Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Sərhəd Komissiyasının birinci iclası keçirildi və ikinci iclasın gələn həftə Moskvada keçirilməsi qərara alındı. Birinci iclasda tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiqlədilər.
Bütün bu deyilənlər onu göstərirki, Ermənistan  və Azərbaycan sülh müqaviləsinin imzalanmasına biraddım da yaxınlaşdılar.Dünya ictimaiyyəti bir daha Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətinin və müdrik siyasi xadim kimi  möhkəm siyasi iradəsinin şahidi doldu.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki