"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

DÇ-2026-nın favorit komandası – Azərbaycanda oynayan futbolçuların seçimi belə oldu

11 İyun 2026 - 18:25
in İDMAN
FacebookVatsap

Bu gün futbol üzrə 23-cü dünya çempionatına start verilir. İlk dəfə 48 komandanın iştirakı ilə 3 fərqli ölkə – ABŞ, Meksika və Kanadada keçirilən tarixin ən böyük mundialına maraq olduqca böyükdür.

Bunu da oxuyun

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

Ronaldu Anri ilə birlikdə serial çəkir

Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

Elchi.az Azərbaycan millisinin üzvləri və Premyer Liqada çıxış edən futbolçular arasında dünya çempionatı ilə bağlı sorğu keçirib.

Sorğu iştirakçılarına ünvanlanan 3 sual:

1. Dünya çempionatında dəstəklədiyiniz milli komanda hansıdır?

2. Sizin üçün turnirin əsas favoriti kimdir?

3. DÇ-2026-nın ən iddialı futbolçusu olaraq kimi görürsünüz?

Bədavi Hüseynov (“Qarabağ”ın kapitanı):

1. Dünya çempionatında Türkiyə və Özbəkistan millilərinə azarkeşlik edəcəm.

2. Turnirin əsas favoritləri kimi Fransa və İspaniyanı görürəm. Bu iki komanda inanılmaz futbol nümayiş etdirir.

3. Hazırda ən istedadlı oyunçu Lamin Yamaldır. Onun bu yaşda göstərdiyi oyun möhtəşəm səviyyədədir. Digər tərəfdən, karyeralarının son dünya çempionatını keçirən Luka Modriç, Kriştiano Ronaldu və Lionel Messi kimi yaşlı nəsli də diqqətlə izləyəcəm. Onların peşəkarlığı, futbola olan istək və sevgisi hər kəsə nümunədir.

Şahrudin Məhəmmədəliyev (“Qarabağ”ın qapıçısı):

1. Turnirdə Türkiyə və Özbəkistanı dəstəkləyəcəm.

2. Favorit qismində tək bir komandanın adını çəkə bilmərəm – İspaniya, Fransa və Portuqaliya arasında ciddi mübarizə gedəcək.

3. Ağlıma ilk gələnlər Lamin Yamal və Desire Due oldu, ümumilikdə diqqət mərkəzində olacaq gənclər çoxdur.

Coy-Lens Mikels (“Sabah”ın və Ruanda millisinin hücumçusu):

1. Fransa millisini dəstəkləyirəm.

2. Mənim üçün əsas favoritlər Fransa, İspaniya və Portuqaliyadır.

3. Maykl Olise və Lamin Yamalın parlayacağını gözləyirəm.

Elvin Bədəlov (“Neftçi”nin müdafiəçisi):

1. Turnirdə Portuqaliyaya azarkeşlik edəcəyəm.

2. Əsas favorit kimi İspaniyanı görürəm.

3. Çempionatın ən iddialı oyunçusu Lamin Yamal olacaq.

Faiq Hacıyev (“Turan Tovuz”un kapitanı):

1. Dəstəklədiyim komanda Türkiyədir.

2. Turnirin əsas favoriti Argentina millisidir.

3. Ən iddialı futbolçu kimi Maykl Oliseni görürəm.

İsmayıl İbrahimli (“Zirə”nin yarımmüdafiəçisi):

1. Dünya çempionatında İspaniya millisinə azarkeşlik edəcəm.

2. Favoritlərim Fransa və İspaniyadır.

3. Turnirin ən iddialı oyunçusu olaraq Lamin Yamalı deyərdim.

Slavik Alxasov (“Araz-Naxçıvan”ın müdafiəçisi):

1. Rəğbət bəslədiyim və dəstəklədiyim komanda qardaş Türkiyə millisidir.

2. Mənim üçün çempionluğa əsas namizəd Portuqaliyadır.

3. Turnirin ən iddialı və sürpriz edə biləcək oyunçuları isə Usman Dembele və ya Maykl Olisedir.

Rüstəm Əhmədzadə (“Sumqayıt”ın yarımmüdafiəçisi):

1. Mundialda Portuqaliya və İspaniyanı dəstəkləyəcəm.

2. Düşünürəm ki, turnirin əsas favoritləri Fransa və Portuqaliyadır.

3. Maykl Olise, Kilian Mbappe, Vitinya və Bruno Fernandesin çıxışını maraqla gözləyirəm.

Əli Səmədov (“Kəpəz”in yarımmüdafiəçisi):

1. Qəlbim Türkiyə millisiylədir.

2. Çempionluq üçün əsas favorit İspaniyadır.

3. İddialı futbolçular arasında ilk növbədə Lamin Yamalın adını çəkərdim.

Nicat Əliyev (“Qəbələ”nin müdafiəçisi):

1. Dəstəklədiyim komanda Türkiyədir, onları finalda görmək çox xoş olardı.

2. Mənim üçün turnirin əsas favoriti Fransadır.

3. İddialı oyunçular çoxdur, amma birini seçməli olsam, Fransa heyətindən Usman Dembeleni deyərdim.

Murad Musayev (“Şəfa”nın müdafiəçisi):

1. Əlbəttə ki, ilk növbədə Türkiyə millisini dəstəkləyirəm.

2. Turnirin kubokunu Portuqaliyanın qazanmasını çox istəyirəm.

3. Çempionatın ən iddialı və diqqət mərkəzində olacaq siması yenə Kriştiano Ronaldodur.

Edqar Ədilxanov (“Şamaxı”nın yarımmüdafiəçisi):

1. Turnirdə Fransa millisini dəstəkləyəcəm.

2. Çempionluq mübarizəsində əsas favorit kimi yenə Fransanı görürəm.

3. Turnirin ən iddialı və diqqətçəkən futbolçusu olaraq Rayan Çerkini fərqləndirirəm.

Previous Post

UFAZ tələbələri “Huawei” şirkətinin iki beynəlxalq mükafatını qazanıblar

Next Post

İşğaldan azad edilmiş ərazilərdə 25 məktəbdə “Son zəng” keçiriləcək

Bənzər yazılar

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

13 Noyabr 2026 - 10:03

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Elchi.az xəbər verir ki, yığmamız D Liqasının...

Ronaldu Anri ilə birlikdə serial çəkir

Ronaldu Anri ilə birlikdə serial çəkir

12 Noyabr 2026 - 18:11

Portuqaliya millisindəki karyerasını başa vuran ulduz futbolçu Kristiano Ronaldu serial çəkilişlərinə başlayıb. Elchi.az xəbər verir ki, 41 yaşlı hücumçu məşhur britaniyalı...

Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

12 Noyabr 2026 - 16:28

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Elchi.az xəbər verir ki, Seneqalda 51 kq çəki...

Xankəndi stadionundakı ilk oyunla bağlı MARAQLI TƏKLİF

Xankəndi stadionundakı ilk oyunla bağlı MARAQLI TƏKLİF

12 Noyabr 2026 - 14:52

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat artıq bəllidir. Peşəkar Futbol Liqası I Liqanın VIII...

Next Post
İşğaldan azad edilmiş ərazilərdə 25 məktəbdə “Son zəng” keçiriləcək

İşğaldan azad edilmiş ərazilərdə 25 məktəbdə “Son zəng” keçiriləcək

Tramp İranda quru əməliyyatı keçirmək istəmir

Tramp İranda quru əməliyyatı keçirmək istəmir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13 Noyabr 2026 - 14:13
İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

13 Noyabr 2026 - 12:29
Darth Vaderin işıq qılıncı rekord məbləğə – 4,87 milyon dollara satıldı

Darth Vaderin işıq qılıncı rekord məbləğə – 4,87 milyon dollara satıldı

13 Noyabr 2026 - 12:14
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

13 Noyabr 2026 - 12:04
İranın Sirik hücumuna cavabı: ABŞ radarı hədəf alındı

İranın Sirik hücumuna cavabı: ABŞ radarı hədəf alındı

13 Noyabr 2026 - 11:58
Şimali Koreyanın yaranmasından bəri ilk dəfə: Bayraq dəyişdi

Şimali Koreyanın yaranmasından bəri ilk dəfə: Bayraq dəyişdi

13 Noyabr 2026 - 11:43
Sudanın Darfur bölgəsində minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb

Sudanın Darfur bölgəsində minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb

13 Noyabr 2026 - 11:34
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb

Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb

13 Noyabr 2026 - 11:26
Qaradağda yeni körpü tikilir

Qaradağda yeni körpü tikilir

13 Noyabr 2026 - 11:15
Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

13 Noyabr 2026 - 11:07
Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

13 Noyabr 2026 - 10:56
Braziliya lideri Lula da Silva: Planet hegemoniya uğrunda mübarizələrin ixtiyarına buraxıla bilməz

Braziliya lideri Lula da Silva: Planet hegemoniya uğrunda mübarizələrin ixtiyarına buraxıla bilməz

13 Noyabr 2026 - 10:43
FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib

FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib

13 Noyabr 2026 - 10:31
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

13 Noyabr 2026 - 10:16
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

13 Noyabr 2026 - 10:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.