image-6666backend

Davit Babayan:“Kimlərsə Qarabağda yeni müharibəyə hazırlaşır, amma biz müharibə istəmirik”

Son günlər Qarabağdakı erməni siyasətçiləri arasında gərginlik müşahidə olunur. Araik Aruthunyan və onun komandasına qarşı qeyri-rəsmi hücumlar olur. Maraqlıdır bu hücumları kimlər təşkil edir? Alp.az xəbər verir ki, ermənilərin “Hraparak” qəzeti iddia edir ki, Qarabağdakı qüvvələr arasında nüfuz savaşı gedir: “Qondarma rejimin xarici işlər naziri Davit Babayanın “Liberty” radiostansiyasına müsahibəsi bir neçə gündür müxtəlif dairələrdə müzakirə olunur.Babayan Qarabağda yeni müharibə istəyən qüvvələrin peyda olduğunu deyir. Diplomat açıq şəkildə deməsə də etiraf edir ki, onlara ciddi təyziq var və bu hücumların arxasında Rusiyaya bağlı adamlar durur. Babayan etiraf edib ki, bu adamlar konkret olaraq Qarabağda yeni müharibəni alovlandırmaq niyyətindədirlər. Və Babayan müsahibəsində bildirib ki, indiki halda biz müharibə istəmirik.”

Erməni nəşri bildirirki, Babayan müsahibəsində maraqlı təzadlar var. Diplomat hansısa qüvvələrin onlara müharibəyə başlamaq üçün təyziq etdiyini etiraf edib.

“Qarabağda yeni müharibə istəyən kimdir? Ermənistan hökuməti sülh danışıqlarının sürətlənməsini istədiyi vaxt və yaxud zamanda kimlər yüni münaqişənin alovlanmasını istəyir?!” – nəşr qeyd edib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki