Ermənistan müxalifəti dünən İrəvandakı “Fransa” meydanında keçirdiyi aksiyada Qarabağ məsələsinin hansı formada həll edəcəkləri barədə iştirakçıların suallarını cavablandırıblar. Alp.az xəbər verir ki, “Hayastan” blokundan olan deputat Armen Rüstəmyan proqramlarını açıqlayıb.
O deyib ki, ilk proses Qarabağın statusu ilə bağlıdır. “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu mümkün deyil”.
Növbəti mərhələ isə “Qarabağın anklav vəziyyətindən” çıxarılmasıdır. “Aydın məsələdir ki, Ermənistanla quru sərhəddi və əlaqəsi olmasa, Qqarabağda erməniləri qorumaq və oradan köçünün qarşısını almaq mümkün olmayacaq”.
Rüstəmyan üçüncü bənd kimi, üç əsas komponentdən bəhs edib. “Birincisi, Qarabağın təhlükəsiziliyi və müdafiəsinin elə Qarabağdakı “müdafiə qüvvələri” tərəfindən təmin edilməsidir. Biz müdafiə ordusunun gücləndirməliyik. İkincisi, Ermənistan Qarabağaın təhlükəsizliyinin təminatçısı olaraq qalmalıdır. Bu prosesdə biavasitə iştirak etməlidir. Üçüncü mərhələ isə Rusiya sülhməramlılarının Qarabağda müddətsiz qalmasıdır. Qarabağın real təhlükəsizliyinə zəmanət verilməyən qədər onlar orada qalmalıdır”.
Armen Rüstəmyan bildirib ki, onlar Qarabağdakı separatçı rejimin rəylərini öyrənirlər.
“Əgər Araik Aruthunyan və komandası da Nikol Paşinyanın siyasətini dəstəkləsə bu onların sonu olacaq”- deyə Rüstəmyan bildirib.