Elchi.az xəbər verir ki, bu gün , Dünya Azərbaycanlıları Konqresinin Həmsədri Millət Vəkili Sabir Bəy Rüstəmxanlının rəhbərliyi ilə “ Təşkilatın durumu,İrandakı durum və cari məslələr” lə bağlı DAK-ın konfransı keçirildi . İlk söz DAK-ın Avropa nümayəndəliyinin rəhbəri Əli Hacı Ağaevliyə verildi.Əli bəy , Güney Azərbaycanda baş verən həraktdan və bu hərəkata təmsil olunduğu təşkilatın fəaliyyətsizliyindən danışaraq,DAK-in gəncləşməsini , İdarə Heyətinin buraxılması təklifi ilə çıxış etdi. Millət Vəkili Sabir bəy Rüstəmxanlıda təşkilatın gəncləşməsini və özünün növbəti qurultayda təşkilatın sıravi üzvü kimi təmsil olunacağını zəruri hesab etdi.DAK Həmsədri indiki dönəmdə Güney Azərbaycan Hərakatı ilə bir yerdə olmağın zəruriliyindən danışdı .Sonra söz DAK-ın Güney Azərbaycan Təmsilçisi Babək Muğanlıya verildi.Babək bəy sərbəst fəaliyyətləri üçün DAK-ın ofisinin olmamasından və yenidən təşkilatın nüfuzunun bərba olunmasını qeyd etdi. DAK İH-nin üzvü Zəlimxan bəy Məmmədli daha maraqlı təkliflər irəli sürərək təşkilatın əsas fəaliyyətinin Bakı şəhərində olmasını gerçək faktlarla əsaslandırdı . Konfransda həmçinin DAK iH-nin üzvüləri Xəzər Emin və Adil Minbaşı bir-birlərinə bənzər çıxışlarıyla İdarə Heyətinin indiki zamanda qalmasını və qurultayın təxirə salınmasını qeyd etdilər. Əli bəy bu arada müdaxilə edərək İdarə Heyətinin fəaliyyətsizliyini qeyd etdi . Konfransa yekun vuran DAK Həmsədri Sabir Bəy Rüstəmxanlı deyilənlərin müsbət nəticələr doğruldacağını nəzərə alıb hər həftə belə konfrans və toplantıların keçirilməsini vacib saydı.Həmçinin qeyd etdi ki, Güneylə bağlı işçi və yaxud bir bilgi Mərkəzi yaradılsın ki, bütün informasıyalar yerində yayımlana və ünvanına çatdırıla bilsin. İştirakçılara öz təşəkkürünü bildirən DAK Həmsədri , sonda yeni çap olunmuş kitabını konfrans iştirakçılarına hədiyyə etdi .
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında sülh prosesinin daha da irəliləməsinə...