Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) daha 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə veribAzvision.az “Rosselxoznadzor”un mətbuat xidmətinə istinadən xəbər verir ki, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.
Bildirilib ki, “Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə müəssisələrdə video yoxlamalar aparır.
Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.
“Rosselxoznadzor” pomidor idxalına icazə verdiyi Azərbaycan müəssisələrinin adlarını açıqlayıb. Bunlar Bakı şəhəri, Sabirabab, Abşeron və Kürdəmir rayonlarında yerləşən müəssisələrdir.