Məşhur amerikalı maliyyəçi Corc Soros dünya iqtisadiyyatındakı vəziyyəti şərh edərkən sensasion fikirlər səsləndirib.
Elchi.az ın məlumatına görə, Corc Soros Rusiyanın gələcəyini proqnozlaşdırıb.
“Rusiyanın vəziyyəti hazırda çox ağırdır. Amma valyuta və qızıl ehtiyatları hələ var. Bu ehtiyatların tam tükənməsi üçün 2 ilə yaxın vaxt lazımdır. 2 ildən sonra Rusiya bütün rezervlərini xərcləyərək iflic iqtisadiyyatı və ac əhalisi ilə baş-başa qalacaq”, deyə Corc Soros bildirib.