Çin hüquq-mühafizə orqanları son 5 ildə 1,9 milyon kibercinayətin üstünü açıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi Li Qoçjun brifinqdə açıqlayıb.
“Son beş il ərzində telekommunikasiya və internet sahəsində ümumilikdə 1 milyon 945 min dələduzluq faktının üstü açılıb”, –hüquq-mühafizə orqanının sözçüsü diqqətə çatdırıb.
Eyni zamanda, onun sözlərinə görə, səkkiz ayda belə cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.
Havar Şəfiyeva