Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian hərbi təlimin ikinci günündə verdiyi açıqlamada Tayvan lideri Lai Çinq-tenin bölgəni müharibə təhlükəsinə doğru sürüklədiyini bildirib. “Bu, odla oynamaqdan ibarətdir və odla oynayanlar nəticədə yanacaqlar” deyib.
Elchi.az xəbər verir ki, Çinin suverenlik mübahisəsi olduğu Tayvan ətrafında dünən başladığı hərtərəfli hərbi təlim ikinci və son günündə davam edir.
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian Tayvan ətrafında keçirilən təlimlərin bölgədə gərginliyi artırması və həyəcan verici olması ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib.
Sözçü Vu bildirib ki, təlimdə quru, dəniz, hava və raket qüvvələrindən ibarət qoşunların birgə döyüş qabiliyyəti yoxlanılıb. Vu həmçinin vurğulayıb ki, Tayvan lideri Lai Çinq-te vəzifəyə gələn kimi “iki dövlət nəzəriyyəsi”ni irəli sürərək, güc tətbiq edərək və xarici güclərə arxalanaraq Tayvanın müstəqilliyinə nail olmağa çalışaraq tək Çin prinsipinə ciddi şəkildə meydan oxuyub. Lainin bölgəni müharibə təhlükəsinə doğru sürüklədiyini bildirən Vu, “Bu, tamamilə odla oynamaqdır və odla oynayanlar sonda yanacaqlar” deyib.
Vu, “Tayvan Çinin Tayvanıdır və Tayvan məsələsinin necə həll ediləcəyi 1,4 milyarddan çox çinlini maraqlandıran bir məsələdir” deyən Vu, ordunun konkret hərəkətlərlə Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə edəcəyini qeyd edib. Vu deyib: “Separatçı qüvvələrin hər bir təxribatı ilə bizim əks tədbirlərimiz vətənin tam birləşməsinə nail olunana qədər bir addım irəliləyəcək”. “Tayvan ətrafında tamamilə ağlabatan, qanuni və zəruri olan hərbi təlimlər separatçı qüvvələrin təkəbbürünə son qoymaq və xarici güclərin müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır”, – Vu deyib.
Çinin Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua açıqlamasında “Tayvan lideri vəzifəyə başlayan kimi “vahid Çin” prinsipinə etiraz etdi” deyib.
Şayəstə Hüseynova