Çin Uyğur müsəlman mədəniyyətini silmək məqsədi ilə Sincan bölgəsindəki yüzlərlə kəndin adını dəyişib.
Elchi.az xəbər verir ki, bu barədə “Human Rights Watch” təşkilatı bildirib.
Qrupun hesabatına görə , 2009-2023-cü illər arasında Sincanda uyğurların dini, tarixi və ya mədəniyyəti ilə bağlı adları olan yüzlərlə kənd dəyişdirilib.
Çinin özünün dərc etdiyi məlumatlara əsaslanan araşdırmaya görə, yer adlarından “sultan” və “məqbərə” kimi sözlər yoxa çıxır – “harmoniya” və “xoşbəxtlik” kimi terminlərlə əvəz olunacaq.
Çinin Londondakı səfirliyi bu iddiaları təkzib edib.
Son illərdə Çin hakimiyyəti Sincanda azlıq təşkil edən uyğur əhalisini əsas Çin mədəniyyətinə assimilyasiya etmək cəhdi ilə cəmiyyəti köklü şəkildə yenidən qurur.
Nuranə Məmmədova