Çin kimi böyük oyunçuya göz yummaq olmaz – Duda

55

Polşa prezidenti Duda Çinin Ukrayna ilə bağlı planını sülhə aparan mümkün yol adlandırıb.
Elchi.az xəbər verir ki, Ukraynada münaqişənin həlli üçün Çinin təklif etdiyi plan sülhə aparan yol ola bilər, Polşa prezidenti Anjey Duda deyir.
“Bu, həmişə sülhə aparan yol ola bilər. Hesab edirəm ki, prezident Zelenskinin və Ukrayna hakimiyyətinin belə davranması ağlabatandır. Belə böyük tərəfdaş və Çin kimi böyük dövləti gözardı etmək olmaz”, – deyə siyasətçi RMF radiostansiyasının efirində bildirib.

Şayəstə