Çin CERES-1 raketi ilə dənizdən 4 peyk buraxıb

74

Çin özəl şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raket olan CERES-1 ilə dənizdən 4 peyk buraxıb.
Elchi.az xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, Şandun əyalətinin Sarı dəniz sahilindəki Hayyanq şəhəri yaxınlığında üzən platformadan “Tienqi” sinifli 4 internet rabitə peyki orbitə buraxılıb. Bu, CERES-1 raketi ilə 9-cu və dənizdən ilk buraxılış idi.
Aşağı Yer Orbitinə göndərilən Tienchi-21, 22, 23 və 24 peykləri “əşyaların interneti” adlanan sistemlər üçün qlobal məlumat xidmətləri təqdim edəcək.
Guodian Gaoke şirkəti tərəfindən hazırlanan peyklərlə yaradılacaq 38 parçalı bürc peyk şəbəkəsinin 2024-cü ildə fəaliyyətə başlaması hədəflənir.

Şayəstə Hüseynova