Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qafqaz İslam Ordusunun Baş Komandanı Nuru Paşa ilə bağlı paylaşım edib.
Alp.az xəbər verir ki, səfir tviterdə yazıb:
“Qafqaz İslam Ordusunun Müzəffər Baş Komandanı, Bakının fatehi Nuru Paşanı vəfatının ildönümündə hörmət və ehtiramla anıram. Ruhu şad, məkanı cənnət olsun!”
Qeyd edək ki, Nuru Killigil 1949-cu ildə İstanbulda partlayışda vəfat edib.