“Fitç” (Fitch Ratings) beynəlxalq reytinq agentliyi 2023-cü ilin I yarısında Azərbaycanda neft-qaz və qeyri-neft-qaz iqtisadiyyatlarındakı azalmadan sonra bu il iqtisadi artımın 1,8 % olacağını proqnozlaşdırır.
Elchi.az xəbər verir k, bu barədə qurum məlumat paylaşıb.
Bildirilib ki, 2024-2025-ci illərdə qeyri-neft sektorundakı artım hesabına iqtisadi artımın orta hesabla 2,3 % təşkil edəcəyi gözlənilir.
Qeyd olunub ki, yeni neft hasilatı enerji sektorunda azalmanı (2022-ci ildə 7,6 % azalaraq gündə 676,000 barel) ləngidə bilər. Həmçinin Avropaya ixracın həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağını demək olar.
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
Bu il yanvarın 1-nə “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin 432 səhmdarı olub. Elchi.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər...