Britaniyada yaşayan mühacir iranlılar Londonda İran hökumətinə qarşı etiraz aksiyası keçiriblər.
Elchi.az xəbər verir ki, aksiya mayın 11-də Britaniya Xarici İşlər Nazirliyinin binası qarşısında baş tutub.
XİN qarşısına toplaşan iranlılar Tehran rejiminin narazı vətəndaşlara qarşı repressiyalarını pisləyib, artan edam saylarına görə etirazlarını bildiriblər.
Həmçinin, onlar rəsmi Londondan SEPAH-ın terrorçu qruplaşmalar siyahısına salınması ilə bağlı tutarlı addımlar atmasını tələb ediblər.
Londondakı aksiya ilə eyni vaxtda Avstraliyada yaşayan mühacir iranlılar da Tehran hökumətinin səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Aksiyaçılar Avstraliya parlamenti qarşısına toplaşaraq, İran hökuməti və SEPAH-a qarşı daha ciddi addımların atılmasını istəyiblər.
“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”
Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...