Braziliya prezidenti Lula da Silva 15-16 iyun tarixlərində keçiriləcək Ukrayna Sülh Konfransının Rusiyasız həllə nail olunmasının mümkün olmadığını bildirib.
Elchi.az xəbər verir ki,
Cenevrədə İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd ilə görüşündən sonra Lula öz fikirlərini bildirib:
“Razılıq olmalıdır. Əgər Zelenski Putinlə danışmaq istəmədiyini deyirsə, Putin də Zelenski ilə eyni şəkildə danışmaq istəmədiyini bildirirsə, bu, o demək olacaq ki, onlar müharibəni sevirlər, əks halda oturub sülh yolu tapacaqlar.. Onlar bunu tapmaq üçün danışacaqlar”.
Lula G7 Liderlər Sammitində iştirak etməzdən bir müddət əvvəl Cenevrədə Amherd ilə Ukrayna və Rusiya arasındakı məsələ ilə bağlı görüş keçirib.
Münaqişələr və müharibələr səbəbiylə trilyonlarla dollar xərcləndiyini vurğulayan Lula qeyd edib: “Braziliya Rusiyanın Ukraynaya təcavüzünü şiddətlə qınadı və indidən məlum oldu ki, heç bir tərəf öz məqsədlərinə hərbi yolla nail ola bilməz”.
Lula Rusiya-Ukrayna müharibəsinin həlli üçün bütün tərəflərin iştirakı ilə beynəlxalq sülh konfransının keçirilməsinə çağırışını təkrarlayıb və mövqelərinin bu istiqamətdə olduğunu bildirib.
Yeganə
Mənbə: Trthaber.com