Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri Antonio Anastasia Gəncə şəhərinə səfər edib.
Antonio Anastasia Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə baş çəkib.
Antonio Anastasia erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonağa məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.
Siyarto: Macarıstanın Aİ Şurasına sədrliyi dövründə prioritet məsələ TDT ilə əlaqələri gücləndirməkdir
Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə TDT ölkələri ilə əlaqələrin gücləndirilməsi prioritet məsələdir. Elchi.az xəbər verir ki, bunu Macarıstanın xarici...