Böyük Britaniya və Hollandiya Ukrayna üçün F-16 qırıcılarının alınması üçün beynəlxalq koalisiya yaratmaq qərarına gəlib. Elchi.az Britaniya hökümətinin saytına istinadən xəbər verir ki, bu barədə razılıq Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə Hollandiyalı həmkarı Mark Rutte arasında keçirilən görüşdən sonra əldə olunub.
Ölkə liderləri Ukraynanın layiqli yerinin NATO-da olduğunu təsdiqləyiblər. Onlar həmçinin respublikaya uzunmüddətli dəstəyin zəruriliyi barədə razılığa gəliblər.
Havar Şəfiyeva