Borrell: Rusiya qalib gəlsə və Qəzzada münaqişə davam edərsə, Aİ məhv olacaq.
Elchi.az xəbər verir ki, əgər Rusiya Ukraynada qalib gəlsə və Qəzza zolağında faciə davam etsə, Avropa İttifaqı “geri qaytarıla bilməyəcək şəkildə zədələnə bilər”. Müvafiq bəyanatı Aİ diplomatiyasının rəhbəri Xosep Borrel sosial şəbəkələrdə dərc edib.
Onun sözlərinə görə, Avropa təhlükədədir. Diplomat əlavə edib ki, bunun qarşısını almaq üçün “qollarımızı çırmağın” vaxtıdır.
“Putinin Ukraynada qalib gəlməsinə imkan versək, Qəzzada indiki faciənin davam etməsinə icazə versək, Avropa layihəsinə dönməz şəkildə zərər vurula bilər”, – Aİ diplomatiyasının rəhbəri yazıb.
Borrell bundan əvvəl demişdi ki, Rusiya Silahlı Qüvvələri hücumları intensivləşdirdiyi üçün Avropa İttifaqının Ukraynaya kömək etmək üçün bütün imkanlardan istifadə etməli olduğu məqam yetişib.
Öz növbəsində, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Şeremet bildirib ki, Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsi Aİ-ni məhv edəcək və avropalıların rifahını məhv edəcək.
Şayəstə Hüseynova