Avropa diplomatiyasının rəhbəri Cozef Borrell bildirib ki, əgər ölkə hakimiyyəti siyasi kursunu dəyişməsə, Avropa İttifaqı Gürcüstana “qapını bağlaya bilər”.
Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
“Aİ-yə gedən yol Gürcüstan xalqları üçün açıqdır. Lakin hökumət gördüyü işi davam etdirsə, bu yol bağlanacaq”, – Borrell bildirib.
O qeyd edib ki, Avropa İttifaqı hələlik konkret qərarlar qəbul etməyib, lakin tədbirləri müzakirə edir.
Borrell həmçinin maliyyə dəstəyi və yüksək səviyyəli təmaslarda mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib.
Nuranə Məmmədova