Boliviyada əsgərlər hökumət binasına zorla girdikdən sonra prezident Luis Arce xalqı hərbi üsyana qarşı demokratiyanı müdafiə etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Boliviyada əsgərlər hökumət binasına zorla girdikdən sonra prezident “Luis Arce” ictimaiyyəti sakit olmağa çağırıb və deyib: “Boliviyanın prezidenti və nazirləri vəzifədədir və mən ictimaiyyəti demokratiyanı qorumağa dəvət edirəm.
Əsgərlər dərhal geri çəkilib geri qayıtmalıdırlar. Demokratiyaya və konstitusiyaya hörmət etməlidirlər.” “Mən onlara hörmət etmələrini istəyirəm.” – deyə bildirib.
Hökumətinə dəstək verən ölkələrə təşəkkür edən Arce, “Bizi dəstəkləyən qardaş ölkələrin dövlət başçılarını salamlayır və təşəkkür edirik. Demokratiyanı qoruyan bələdiyyə başçılarına, qubernatorlara və polis rəislərinə təşəkkür edirik. Demokratiyanı qoruyan xalqımızı salamlayırıq” – deyib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt La Pazda hərbi zirehli maşının hökumət sarayına soxulmağa çalışdığı görünür.
Əsgərlərə reaksiya göstərən vətəndaşlara bibər qazı və təzyiqli su ilə müdaxilə edilir.
Boliviyada dövlət çevrilişinə cəhd
Arce, “Biz Boliviya ordusunun bəzi bölmələri tərəfindən bəzi hərbi hissələrin nizamsız səfərbər olmasını pisləyirik. Demokratiyaya hörmət edilməlidir” -deyib.
Yerli media tankların və başlıqlı əsgərlərin paytaxtın Plaza Murillo meydanından dinc sakinləri təxliyə etdiyini və ərazini mühasirəyə aldığını bildirib.
Xəbərlərdə Boliviya ordusunun yüksək rütbəli komandirlərinin icra hakimiyyətini ələ keçirməklə hədələdiyi iddia edilirdi.
Sosial mediada əksini tapan xəbərlərdə Baş Qərargah qərargahı ətrafında hərbi hissələrin yerləşdirildiyi bildirilib.
Boliviyanın keçmiş prezidenti Evo Morales sosial media hesabında silahlı qüvvələrin “çevriliş” etməyə çalışdığını açıqlayıb.
Morales, “Çevriliş yaxınlaşır. Baş Qərargahdakı komandirlər saat 15:00-da təcili toplantı çağırdı. Demokratiyanı müdafiə etmək üçün şəhər və kənd yerlərində yaşayan bütün xalqımızı milli səfərbərliyə çağırırıq. Qeyri-müəyyən ümumi tətil elan edirik. Biz silahlı qüvvələrin demokratiyanı pozmasına və xalqı qorxutmasına imkan verməyəcəyik”.
Nuranə Məmmədova