Birləşmiş Millətlər Təşkilatı Sudanın son 20 ilin ən pis ərzaq təhlükəsizliyi ilə üzləşdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Vanessa Huguenin bu barədə mətbuat konfransında açıqlama verib.
Huqeninin sözlərinə görə, Sudan Silahlı Qüvvələri ilə Sürətli Dəstək Qüvvələri (HDK) arasında Sincada baş verən toqquşmalardan sonra köçkünlərin çoxu şərqdən Gedaref vilayətinə gedib.
Sudanda vəziyyət pisləşməyə davam edərkən, “qadınlar, uşaqlar və bütün ailələr hər şeyi geridə qoyaraq qaçmaq məcburiyyətində qaldıqlarını” ifadə edən Huguenin, Sudanın “son 20 ilin ən pis qida təhlükəsizliyi” ilə üzləşdiyini ifadə edib.
Nuranə Məmmədova