image-javelinbackend

Blinken: “Ukraynaya tank əleyhinə sistemlərin alınması üçün əlavə 100 milyon dollar yardım edəcəyik”

ABŞ Ukraynaya, xüsusən də tank əleyhinə sistemlərin alınması üçün əlavə 100 milyon dollar yardım edəcək.

Alp.Az UNİAN-a istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, bunu dövlət katibi Entoni Blinken deyib.

“Dünya rus qoşunlarının Buçada və bütün Ukraynada törətdiyi vəhşiliklərdən şoka düşüb və heyrətlənir. Ukrayna silahlı qüvələri cəsarətlə öz ölkələrini və azadlıqlarını müdafiə etməyə davam edir”, – deyə Blinken bildirib.

ABŞ, onun müttəfiqləri və tərəfdaşları Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, Dövlət Departamenti qeyd edir.

“Mən bu gün prezidentin göstərişi ilə Ukraynanın əlavə tank əleyhinə sistemlərə təcili ehtiyacını ödəmək üçün 100 milyon dollara qədər təhlükəsizlik yardımı verməyə icazə verdim”, – Blinken deyib.

Dövlət katibi həmçinin qeyd edib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın hərbi cinayətləri ilə bağlı hesabatların sənədləşdirilməsi üzərində çalışacaq və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlara məlumat verəcək.

Rüfət 

Alp.Az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki