Kanada və Avstraliya İsrailə Qəzzaya hücumlarını dərhal dayandırmağı əmr edən Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) qərarını dəstəklədiklərini bəyan ediblər.
Elchi.az CBC News-a istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Kanadanın baş naziri Castin Trüdo bəyan edib ki, Rəfahdakı “hərbi əməliyyatlar” dayandırılmalıdır.
Trudeau, “İsrail artıq Rəfahda hərbi əməliyyatlar keçirməməli və mövcud hərbi əməliyyatlarda gərginlik artmamalıdır” deyib.
ICJ-nin tövsiyələrinin məcburi olduğunu qeyd edən Trudeau, “Beynəlxalq hüququn tələbi olaraq hər kəsin bu tövsiyələrə əməl etməsini gözləyirik” deyib.
ABC News-un məlumatına görə, Avstraliyanın İqlim və Energetika naziri Kris Bouen Rəfahı Qəzzadan qaçan insanlar üçün sığınacaqla müqayisə edərək, “Rəfahın hücuma məruz qalmaması mövzusunda son dərəcə açıq fikirdəyik” deyib.
Bowen, İsrail də daxil olmaqla bütün tərəflərin BƏM-in məcburi qərarlarına əməl etməsi lazım olduğunu ifadə edərək, “Düşünürük ki, BƏM-in qərarlarına əməl edilməli və Rəfah İsrail tərəfindən işğal edilməməlidir” deyib.
BƏM yeni qərarlarında İsrailin Rəfaha hücumlarını dərhal dayandırmalı, humanitar yardımın qarşısını almamalı və cinayətlərini araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmilərinin Qəzzaya daxil olmasına icazə verməli olduğuna qərar verib.
Şayəstə Hüseynova