Lukaşenka rejiminin nəzarətində olan Belarus Baş Prokurorluğu OPU rəhbərinin müşaviri Aleksey Aretoviçə qarşı cinayət işi açıb.
Alp.Az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Belarus Baş Prokurorluğunun məlumatında deyilir.
Respublika ərazisində terror aktlarına çağırış ittihamı ilə cinayət işi açılıb.
Qeyd olunur ki, martın 17-də Ukrayna Prezidenti Ofisi əhbərinin müşaviri “Belarus dəmiryolunun obyektlərində terror və təxribat aktlarının həyata keçirilməsinə, digər hərəkətlərin həyata keçirilməsinə dair ictimai çağırışların yer aldığı” videoçarx çəkərək internetdə yerləşdirib. Belarus Respublikasının milli təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır”.
İstintaqı Belarus İstintaq Komitəsi aparacaq.
UNIAN-ın yazdığı kimi, bu gün Aleksey Arestoviç sosial şəbəkədə Ukrayna vətəndaşlarını Rusiyanın işğal etdiyi ərazilərdə bütövlükdə “dəmir yolu müharibəsi” təşkil etməyə çağırıb.
“Dəmir yolu ilə düşmənin təchizatının pozulması (və bu cür təchizat ən effektivdir) xüsusilə Krım-Melitopol istiqamətində vəziyyəti kökündən bizim xeyrimizə dəyişə bilər. Bu istiqamətdə düşmən həmin qruplaşmanı təchiz edir. Mariupola hücum edir”, – deyə o yazıb.
Rüfət
Alp.Az