Belarusun rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olaraq qəbul edilib.
Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev təşkilatın Astanada keçirilən sammitində deyib.
ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclası cümə axşamı Belarusun üzvlüklə bağlı sənədlərin imzalanması mərasimi ilə başlayıb.
“Hörmətli dövlət başçıları, Belarus Respublikasının ŞƏT-ə tamhüquqlu üzvlüyü haqqında qərar qəbul edilib”, – deyə Tokayev bildirib.
Bundan sonra o, Belarus prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.
Yeganə
Mənbə: Vesti.ru