ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskidən aprel ayında Ukraynaya hərbi yardımın aylarla gecikməsinə görə üzr istəyib.
Elchi.az xəbər verir ki, Fransada olan iki lider paytaxt Parisdə Normandiya enişinin 80-ci ildönümü münasibətilə bir araya gəlib.
Zelenskiyə “yanındayıq” mesajını verən Bayden, Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketini açıqladı.
Digər tərəfdən, Bayden aprel ayında imzaladığı ABŞ Konqresində Ukraynaya 61 milyard dollarlıq hərbi dəstək nəzərdə tutan yardım paketinin qəbulunu aylarla gecikdirdiyinə görə Zelenskidən üzr istəyib.
Zelenski isə ABŞ-ın Ukraynaya “çiyin-çiyinə” dəstəyi davam etdirəcəyinə inandığını təkrarlayıb.
Ukraynaya təxminən 6 aylıq yeni hərbi dəstək səylərindən sonra Bayden aprelin 24-də Ukraynaya 61 milyard, İsrailə isə 26 milyard dollar yardım nəzərdə tutan paketi imzalayıb.
ABŞ Konqresindəki siyasi fikir ayrılıqları səbəbindən Ukraynaya verilməsi planlaşdırılan 61 milyard dollarlıq hərbi dəstək paketində gecikmə yaranıb.
Şayəstə Hüseynova