Nyu Yorkda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı Kiyevə hərtərəfli dəstəyi davam etdirəcəklərini vurğulayıb.
Elchi.az xəbər verir ki, Ağ Ev, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasları çərçivəsində Bayden və Zelenskinin görüşü ilə bağlı yazılı açıqlama verib.
Açıqlamaya görə, Bayden Zelenski ilə görüşündə ABŞ-ın Ukraynaya güclü dəstəyinin davam edəcəyi mesajını verib və Ukraynaya elan ediləcək yeni yardım paketini xatırladıb.
Cümə axşamı, sentyabrın 26-da Nyu-Yorkda Ağ Evdə qonaq edəcəyi Zelenski ilə görüşən Bayden, Ukraynanın yenidən qurulması ilə bağlı 30-dan çox ölkənin imzaladığı birgə bəyannaməni də hərtərəfli dəyərləndirib.
Şayəstə Hüseynova