ABŞ prezidenti Co Bayden Konqresin Asiya Sakit Okean Tədqiqat İnstitutunda çıxışı zamanı keçmiş dövlət başçısı Donald Trampı problemləri ilə uduzan şəxs adlandırıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Düşünürəm ki, onun problemləri var”, – deyə Bayden tədbir iştirakçılarının alqışları altında deyib.
Bayden çıxışı zamanı Trampı ABŞ Konqresindəki respublikaçı həmkarlarını ABŞ administrasiyasının əcnəbilərə ABŞ-da yaşayış icazələrinin verilməsinin həcmini artırmaq təşəbbüsünün qarşısını almağa məcbur etməkdə ittiham edib.
Yeganə