ABŞ prezidenti Co Bayden Rusiyadan ABŞ-a uran idxalını qadağan edən sərəncam imzalayıb.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.
ABŞ prezidenti Rusiya Federasiyasında və ya Rusiya şirkəti tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edən qanunu imzalayıb.
Bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Rusiyadan uranın idxalına qadağa qoyulması ABŞ-a dinc atom enerjisi sahəsində Rusiyadan asılılığı aradan qaldırmağa imkan verəcək.
Yeganə