Ukrayna ordusu mühasirədə qalmış liman şəhəri Mariupolun müdafiəsini davam etdirirlər və Rusiya qoşunlarına qarşı sonadək vuruşacaqlar.
Alp.az-ın xəbərinə görə, bunu Ukrayna baş naziri Denis Şmıqal ABŞ-ın “ABC” telekanalına müsahibəsində deyib.
O, Rusiyanın Mariupolun təslim olması üçün bazar gününədək verdiyi son tarixə məhəl qoyulmadığını deyib:
“Şəhər hələ də təslim olmayıb. Orada hələ də bizim hərbi qüvvələrimiz, bizim əsgərlərimiz var və onlar sonadək vuruşacaqlar. Onlar indi də Mariupoldadırlar”.