Bakıda bağlanan yollar açıldı

59

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən yürüşlərlə əlaqədar bağlanan yollar açılıb.

Bu barədə Elchi.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yürüşlər tam təhlükəsiz şəraitdə başa çatıb.

Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.

Yürüşlər aşağıdakı marşrutlar üzrə başa tutub:

  • Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı;
  • Şəhidlər Xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;
  • Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı.