“Rusiya Müdafiə Nazirliyinin mətbuat katibinin Qarabağdan Ukraynaya yardım bəyanatından sonra Azərbaycan qazı kəsməklə bizə ağıllı olmağı məsləhət gördü” -Alp.az xəbər verir ki, bunu erməni siyasətçi Metakse Akopyan deyib.
“Qarabağda istilik əsasən qazdır və indi sakinlər problemlə üzləşiblər”- deyə Akopyan qeyd edib.
“Dünən danışıqlar nəticə vermədi. Bu Azərbaycanın bizə ilkin silləsidir. Artıq Qarabağda qaz da yoxdur. Elektrik enejisi isə kəsintilərlə verilir. Bir sözlə indiki zamanda ağıllı olmalıyıq. ”, – Akopyan bildirib.