İyunun 21-də Berlindəki Olimpiastadionda 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 2-ci turu Polşa və Avstriya yığmaları arasında keçirilib.
Elchi.az xəbər verir ki, oyun 3:1 hesabı ilə avstriyalıların xeyrinə başa çatıb.
Doqquzuncu dəqiqədə müdafiəçi Gernot Trauner avstriyalıları hesabda önə keçirib. 30-cu dəqiqədə hücumçu Kşiştof Pitek hesabı bərabərləşdirib.
67-ci dəqiqədə yarımmüdafiəçi Kristof Baumqartner avstriyalıları yenidən hesabda irəli çıxarıb. 78-ci dəqiqədə hücumçu Marko Arnautoviç komandasının fərqini artıraraq oyunun yekun hesabını təyin edib.
AVRO-2024 -də Polşa və Avstriya milliləri Hollandiya və Fransa ilə D qrupunda mübarizə aparır. 1-ci turda Polşa Hollandiyaya 1:2, Avstriya isə Fransaya minimal hesabla uduzub (0:1). İndi avstriyalıların üç xalı var – onlar dördlükdə üçüncüdürlər. Polyaklar sonuncu yerdədir.
Almaniyada Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Hazırkı çempion Avro-2020-nin finalında İngiltərə yığmasına qalib gələn İtaliya komandasıdır (1:1, 3:2 pen.). Ən titullu Avro komandaları hərəyə üç dəfə turnirin qalibi olan Almaniya və İspaniyadır.
Nuranə Məmmədova