İsveçdə istehlakçılar Rusiya valyutası ilə qazın hər kubmetri üçün 210 rubl ödəyirlər.
Elchi.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Vətəndaşlar üçün qazın qiymətinin ən yüksək olduğu ilk beş ölkəyə İrlandiya, Hollandiya, Avstriya və Litva da daxildir – burada sakinlər təbii qaza görə hər kubmetrə 148 rubldan çox ödəyirlər. Eyni zamanda, ən ucuz qaz Qazaxıstanda alınır – orada onun bir kubmetri 6,3 rubla başa gəlir.
Əhali üçün qazın mövcudluğu reytinqində Rusiya kubmetri 7,4 rubl qiymətlə ikinci yerdədir. İlk beşliyə Belarus (10,7 rubl), Macarıstan və Xorvatiya da daxil olub, tədqiqatın müəllifləri bildiriblər.
Antireytinqdə qazın qiymətinin artım tempinə görə Litva lider oldu – orada keçən il təxminən 70 faiz bahalaşıb. Polşa və Slovakiyada qazın qiyməti 20 faizdən çox artıb, Rumıniya, Yunanıstan və Danimarkada isə əksinə, demək olar ki, yarıya qədər ucuzlaşıb.
Nuranə Məmmədova