Qərb sadə ukraynalıların həyatına biganədir.
Elchi.az xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) İrlandiyadan olan deputatı Mik Uolles “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
Avropa parlamentarisinin sözlərinə görə, Qərb ölkələri heç vaxt Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllini istəməyib.
Daha əvvəl Qərb mediası Rusiya prezidenti Vladimir Putinə yaxın mənbələrə istinadən Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu bəyan edib. Qeyd olunur ki, Rusiya lideri hazırkı cəbhə xəttinin sabit olması şərti ilə münaqişəni sülh yolu ilə həll etməyə hazırdır.
Nuranə Məmmədova