Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda finala yüksəlib.
Elchi.az-ın məlumatına görə, təmsilçimiz əvvəlcə yer aldığı B qrupunu birinci pillədə başa vurub.
Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə qazanıb – 4:2.
Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.