Bloomberg: Aİ Baydenin yenidən seçilməkdən mümkün imtinasını dəstəkləyir.
Elchi.az xəbər verir ki, Avropa rəsmiləri ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməli olduğu fikrini getdikcə daha çox ifadə edirlər. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
“Amerikanın ən yaşlı prezidentinin istefasını istəyən səslərin xoru nəinki öz ölkəsində, həm də son aylarda və illərdə prezidentin yöndəmsiz sintaksisi və boşboğazlığına bəhanə gətirən ölkələr arasında getdikcə yüksəlir”, – nəşr yazır.
Mənbənin sözlərinə görə, prezidentliyə namizəd Donald Trampın Ağ Evə qayıtması perspektivi Qərb paytaxtları tərəfindən əsas təhlükə kimi qiymətləndirilib.
İndi Avropa rəsmiləri özəl olaraq deyirlər ki, Bayden Trampı məğlub etmək şansı daha yüksək olan biri üçün yarışdan çıxmalıdır. Bundan əlavə, Avropa İttifaqı hesab edir ki, Ukrayna və NATO-da müttəfiqlik birliyi qorunmalıdır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Trampın Ukraynadakı münaqişəni həll etmək istəyi ilə bağlı sözlərinin səmimiliyinə əmin olduğunu bildirib.
Şayəstə Hüseynova