Türkiyə millisi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının 1/8 finalında Avstriya millisini məğlub edib.
Elchi.az xəbər verir ki, Türkiyə millisi Avro-2024-ün 1/4 finalına yüksələn sonuncu səkkizinci komanda olub.
Avstriyalılar turniri tərk ediblər. Komanda heç vaxt kubok qazanmayıb.
Görüş çərşənbə axşamı, iyulun 2-də, “Red Bull Arena Leipzig”də baş tutub və 2:1 hesabı ilə türklərin xeyrinə başa çatıb.
İlk qolu matçın ilk dəqiqəsində müdafiəçi Merih Dəmiral vurub. 59-cu dəqiqədə o, dubla imza atıb. Yeddi dəqiqə sonra hücumçu Maykl Qreqoric fərqi azaldıb .
İlk 1/4 final oyunları iyulun 5-də baş tutacaq. İspaniya və Almaniya yığmaları saat 20:00-da qarşılaşacaq. Saat 23:00-da isə Portuqaliya və Fransa üz-üzə gələcəklər.
Nuranə Məmmədova