Apple bəzi işçiləri və səhmdarları tərəfindən işçilərindən İsrail ordusuna və Fələstin torpaqlarını qəsb edən israillilərə ianə göndərməkdə ittiham olunur.
Elchi.az xəbər verir ki, Apple ilə bağlı gündəm yaradan iddia irəli sürülüb.
ABŞ-ın “The Intercept” xəbər saytının xəbərinə görə, özlərini “bir qrup səhmdar, indiki və keçmiş işçilər” kimi qələmə verən 133 nəfər işçi ianələrinin göndərildiyi qurumlarla bağlı texnologiya şirkətinə açıq məktub yazıb.
Məktubda Apple işçi ianələrini İsrail ordusuna bağlı təşkilatlara və Fələstin torpaqlarını qəsb edən israillilərə göndərməkdə günahlandırılıb.
Bu iddianın dərhal araşdırılmasını tələb edən məktubda Apple-dan bütün qeyri-hökumət təşkilatlarına “ianə” verməyi dayandırması istənilib.
Bir çox böyük qurumlar kimi, Apple işçiləri də “Benevity” adlı platforma vasitəsilə qeyri-kommersiya təşkilatlarına ianə verə və bunun müqabilində işəgötürənlərindən “töhfə” ala bilərlər.
İanə siyahısında olan qurumlar arasında İsrail ordusundakı əsgərlər üçün ianə toplayan “IDF-nin Dostları (FIDF)”, “HaYovel”, “Bir İsrail Fondu”, “Yəhudi Milli Fondu” və “İsraelGives” də var. İsraillilərin Fələstin torpaqlarını qəsb etməsinə qatqı təmin edən təşkilatlar iştirak edir.
Apple rəhbərliyi mövzu ilə bağlı suallara cavab verməyib.
“Apples4Ceasefire” adı altında təşkil edilən Apple işçiləri aprel ayında “Fələstin xalqına keffiyeh, sancaqlar, bilərziklər və ya paltarlarla dəstəklərini ifadə edən” Apple Store işçilərinin intizam və işdən çıxarılmasına etiraz ediblər.
Şayəstə Hüseynova