ABŞ-lı lüks daşınmaz əmlak milyarderi və dərin dəniz tədqiqatçısı Titanik gəmisini kəşf etmək üçün sualtı qayıqla səyahət etməyi planlaşdırır.
ABŞ-ın Ohayo ştatından olan iş adamı və macəraçı Larri Konnor və Triton Submarines şirkətinin həmtəsisçisi Patrick Lahey Şimali Atlantik Okeanında batan gəmini görmək üçün sualtı qayıqla təxminən 3800 metr dərinliyə getmək istədiklərini bildiriblər.
Elchi.az xəbər verir ki, “Connor” şirkətinin sözçüsü verdiyi açıqlamada, təklif edilən səyahətin yalnız gəminin dəniz təşkilatı tərəfindən tam təsdiqindən sonra baş tutacağını bildirib.
Keçən il OceanGate tərəfindən inşa edilən gəminin Titanikə gedərkən partlaması nəticəsində beş nəfərin ölməsi özəl dalğıc sənayesini sarsıtmışdı.
Planlaşdırılan ekspedisiyanın vaxtı açıqlanmayıb.
Nuranə Məmmədova