Almaniyaya enerji böhranını aradan qaldırmaq üçün bir trilyon dollar lazımdır

67

Analitiklər əmindirlər ki, artıq ayrılmış 275 milyard dollar kifayət deyil.
Elchi.az xəbər verir ki, Almaniya 2030-cu ilə qədər enerji böhranı risklərini aradan qaldırmaq üçün bir trilyon dollardan çox vəsait ayırmalıdır. Bloomberg analitikləri belə qənaətə gəliblər.
Onların fikrincə, artıq ayrılmış 275 milyard dollar birmənalı olaraq kifayət etməyəcək, çünki nüvə və kömürlə işləyən elektrik stansiyalarının mərhələli şəkildə dayandırılması üçün genişmiqyaslı işlər, eləcə də əhalinin bərpa olunan enerji mənbələrinə keçidlə bağlı təşəbbüslərinin dəstəklənməsi tələb olunur.
Agentlik 43 futbol meydançasına ekvivalent ərazidə günəş panellərinin quraşdırılmalı, 1,6 min istilik nasosunun işləməsini təmin etməli, hər həftə 27 quru və dörd dəniz külək stansiyaları tikməli olduğunu bildirən Almaniya kansleri Olaf Şolzdan da istinad edir.

Şayəstə