Almaniyadan “Taurus” açıqlaması: Tez mümkün deyil…

111

Uzaq mənzilli “Taurus” qanadlı raketlərini Ukraynaya tez bir zamanda çatdırmaq mümkün deyil.
Elchi.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Bu raketləri “Leopard” tankları və İRİS-T hava hücumundan müdafiə sistemində olduğu kimi, tez bir zamanda çatdırmaq mümkün deyil, hər bir detalı əvvəlcədən aydınlaşdırmaq lazımdır”, – o bildirib.