image-7ef6b3c23457513b63e9b2c91ce20d47backend

Almaniyadan etiraf: Bu, III Dünya savaşına səbəb olacaq 

Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqi III Dünya müharibəsinə səbəb ola bilər.

Alp.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Annalena Berbok ARD telekanalının efirində deyib.

“Bu o demək olacaq ki, NATO təyyarələri Rusiya təyyarələrini vuracaq, yəni alyansın münaqişədə birbaşa iştirakı olacaq. Biz öz əhalimizi qorumaq üçün məsuliyyət daşıyırıq” – nazir bildirib.

Almaniya XİN rəhbəri əlavə edib ki, xarici siyasətdə belə məqamlar “taun və vəba arasında” seçimə bənzəyir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki