image-almaniyabackend

Almaniya Ukraynaya ağır silahlar göndərməyə hazırlaşır – hakim koalisiya razılığa gəldi

Almaniyada hakim koalisiya Ukraynaya ağır silahların tədarükü ilə bağlı razılığa gəlib.

Bu barədə Bundestaqın Azad Demokratlar Partiyasından olan deputatı və parlamentin müdafiə siyasəti üzrə qrupunun üzvü Markus Faber “Twitter” səhifəsində məlumat verib.

“Əziz dostlar, Almaniya indi Ukraynaya tez bir zamanda ağır texnika tədarük edəcək. Şadam ki, biz FDP-dən və koalisiya tərəfdaşlarımızla bu barədə razılığa gələ bildik”, – o deyib.

Əvvəllər ən böyük siyasi qüvvə – Sosial Demokrat Partiyası bu cür tədarüklərin mümkünlüyünü ehtiyatla qiymətləndirirdi.

Xatırladaq ki, daha əvvəl Almaniyanın müdafiə konserninin Ukraynaya 50-dək tank və 60-a qədər piyada döyüş maşını tədarük etməyə hazır olduğu bildirilmişdi.

Xarici işlər naziri Annalena Burbok isə bildirib ki, Avropanın bəhanələrə daha çox vaxtı yoxdur və Kiyev ağır silahlarla təchiz edilməlidir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki