Nasist rejiminin qurbanı olmuş Polşa sakinləri Almaniyadan təzminat ala bilərlər. Söhbət o dövrlərdən sağ qalan polyaklardan gedir.
Elchi.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Almaniya kansleri Olaf Şolts çərşənbə axşamı belə bir qərarı açıqlaya bilər. Bu, Almaniya kanslerinin Varşavaya səfəri çərçivəsində baş verə bilər.
“Almaniya kansleri Olaf Şoltsun çərşənbə axşamı Varşavaya səfəri zamanı Almaniya-Polşa münasibətlərinin yaxşılaşdırılması üçün tədbirlər, o cümlədən nasist cinayətlərinin qurbanı olmuş hələ sağ olan polyaklara təzminat ödənilməsi barədə məlumat verəcəyi gözlənilir”, – deyə “Politico”nəşri yazır.
“Kompensasiya nasist rejimindən əziyyət çəkən, yaxşı tibbi sığortası olmayan və yoxsulluq içində yaşayan polyaklara şamil ediləcək”,- Bu açıqlama ilə Almaniyanın müxalif Xristian Demokrat İttifaqı Partiyasının baş katibi Pol Zimiak çıxış edib.
“Politico” həmçinin qeyd edib ki, Şoltsun Polşaya səfəri zamanı təhlükəsizlik sektoru da müzakirə olunacaq: “Hər iki tərəf öz dövlətlərarası hava hücumundan müdafiə təşəbbüslərini gücləndirmək istəyir”,- deyə nəşr yazıb.
Yeganə
Mənbə: Vesti.ru