Ağ Ev Cozef Baydenin prezidentlik yarışından geri çəkilmək imkanını nəzərdən keçirdiyi barədə məlumatları təkzib edib.
Elchi.az xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts xəbəri yalan adlandırıb. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Bayden uğursuz debatdan sonra çətin vəziyyətdə olduğunu başa düşür və seçki yarışında iştirakını davam etdirib-etdirməməli olduğu barədə qərarsızdır.
Yeganə
Mənbə: Reuters.com